İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfərinin vaxtı dəqiqləşdirilir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirib.
"İran XİN rəhbərinin Rusiyaya səfəri gözlənilir. Tarix dəqiqləşdirilir. Biz hələ cavab almamışıq, heç nə təsdiq edə bilmərəm, amma prinsipcə, bu, gözlənilir", - deyə o, suala cavab verib.
Rusiya və İran XİN rəhbərləri arasında danışıqlar yanvarın 17-də Moskvada keçirilməli idi. Daha sonra Rusiya Xarici İşlər Nazirliyindən bildirib ki, tərəflərin razılığı ilə danışıqlar daha sonrakı tarixə təxirə salınıb.