Ukrayna Baxmutu təhvil verməyəcək.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, şəhər uğrunda mübarizə davam edəcək. “Bacardığımız qədər mübarizə aparacağıq”, - o deyib.
Xatırladaq ki, şəhər uğrunda döyüşlər yarım ildir davam edir.