Ukrayna daha 116 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat paylaşıb.
Bildirilib ki, onların arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində fəaliyyət göstərmiş snayperlər və digər döyüşçülər var.