Rusiya Federasiyasının prezidenti Vladimir Putin “artıq Ukraynanı itirib”.
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden "PBS NewsHour"a müsahibəsində bildirib.
"Putinin heç bir şansı yoxdur - o, artıq Ukraynanı itirib. Düşünürdü ki, əgər rus qoşunları Ukraynaya soxulsa, ilk növbədə, ukraynalılar onları qarşılayacaq və deyəcək: “Gir, içəri”. İkincisi, o inanırdı ki, NATO dağılacaq, NATO heç nə etməyəcək, hərəkətə keçməkdən qorxacaqlar... Bunların heç biri baş vermdi”, - deyə Bayden vurğulayıb.