KIA Rusiyada təxminən 5,5 min avtomobili geri çağıracaq.
"Unikal" xəbər verir ki, söhbət 2021 və 2022-ci illərdə satılan Sorento modellərindən gedir.
Rosstandartın mesajı göstərir ki, geri çağırılmaya səbəb ötürmə idarəetmə modulunun proqram təminatındakı nasazlıqlar olub. Maşında daha yüksək sürətə keçərkən zərbələr, sürətlənəndə isə vibrasiya baş verir.
KIA Sorento-nun bütün sahibləri təmir üçün ən yaxın dilerlərə baş çəkmək zərurəti barədə mesaj alacaqlar.