Belarus Rusiyanın dəstəyi ilə hücum təyyarələri istehsal edəcək.
"Unikal" xəbər verir ki, bunu Vladimir Putinlə görüşdə Aleksandr Lukaşenko deyib.
“Belaruslar MS-21 üçün minə qədər komponent hazırlayırlar. Hökumətdə mənə bildirildiyinə görə, biz Su-25 təyyarəsinin istehsalına girməyə hazırıq. Biz Rusiya Federasiyasının kiçik dəstəyi ilə hücum təyyarəsi istehsal etməyə hazırıq”, - deyə Belarus lideri bildirib.
Lukaşenka əlavə edib ki, Moskva və Minsk onlar üçün süni şəkildə yaradılmış maneələri aşmaq üçün hər şeyi edirlər.
Su-25, Sukhoi Dizayn Bürosu tərəfindən hazırlanmış hücum təyyarəsidir, bu tip təyyarələr 1981-ci ildən istismardadır, 2009-cu ildə Rusiya Müdafiə Nazirliyi Su-25-lərin alışını bərpa etdiyini açıqlamışdı.