Rusiya hərbçiləri Ukraynada genişmiqyaslı işğal zamanı 461 uşağı öldürüb, daha 930 uşaq müxtəlif dərəcəli ağır yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"2023-cü il martın 3-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1390-dan çox uşaq xəsarət alıb. Hadisə nəticəsində 461 uşaq ölüb, 930-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.