Xəbər verdiyimiz kimi, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ali məktəbə qəbul olan tələbələrə qiyməti 5.80 manat olan saat hədiyyə edib.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Mansur Məmmədov bildirib ki, bu xatirə hədiyyəsidir:

"Hədiyyənin qiymətinə baxmazlar. Həmin tədbir zamanı onların özlərinə də bildirildi ki, bu, sadəcə xatirə üçündür. Məqsəd tələbələri təbrik etmək idi", - deyə o qeyd edib.

***

16:33

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, icra başçısı tələbələrə "qiymətli" hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır. 

Bildirilib ki, həmin saatlar da sadəcə yüksək bal toplayan tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb. 

Ağarza Elçinoğlu