Xaçmazda Qudyalçay çayı üzərində yerləşən dağılmış körpünün sökülməsinə başlanılıb.

"Unikal" xəbər verir ki, bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.

Söküntü işləri tamamlanandan sonra yeni körpünün inşasına başlanılacaq.