Finlandiya hökuməti Rusiya ilə sərhəddə daha dörd keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.
"Unikal" xəbər verir ki, məlumatı Finlandiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, iki ölkə arasında yalnız bir keçid məntəqəsi - ən şimaldakı Raya-Yooseppi (Lappi əyalətinin İnari bələdiyyəsi) məntəqəsi fəaliyyət göstərəcək. Bu, həm də qaçqınların sığınacaq üçün müraciət edə biləcəyi yeganə məntəqə olacaq.
Xatırladaq ki, noyabrın 18-də Finlandiya Rusiya ilə sərhəddə mövcud doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamışdı.