"Mən düşündüyüm kimi danışıram".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov "İTV"də yayımlanan müsahibəsində deyib.
"Mən düzgün danışmaq üçün diksiya dərsləri almamışam. Mən düşündüyüm kimi danışıram. Mən yalnız Azərbaycan dilində deyil, rus, ingilis dillərində də səhv edə bilərəm. Müəyyən ömür yaşamışam, rus, ingilis dillərində təhsil almışam. Azərbaycan dilində təhsil almadığıma görə, mənim nitqim həyətdə, küçədə, valideynlərim və qohumlarımla ünsiyyətdə olduğum məişət-danışıq üslubundadır. Amma belə deyək ki, mən oturub Azərbaycan dilini xüsusi öyrənmişəm. Bəli, mən Cəlil Məmmədquluzadənin hekayə və povestlərini çox sevirəm. Hesab edirəm ki, ən gözəl hekayələrin, "Ölülər" dramının müəllifi olan Cəlil Məmmədquluzadə Azərbaycanın lazımi qədər qiymətləndirilməmiş yazıçılarındandır. Bu halda tənqi etmək istəyirlərsə, nə etmək olar, öz tərbiyələrinin imkan verdiyi səviyyədə çıxış edərək qiymət verə bilərlər. Açığı, xarici işlər naziri olduğum üçün ingilis dilində danışmağı öyrənməli idim. İngilis və rus dillərini bilmək mənim üçün olduqca önəmlidir. Rus dili BMT-nin rəsmi dillərindən biridir”, - deyə sabiq XİN rəhbəri bildirib.