“Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq aldığım məbləğ kifayət qədər münasib idi".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov "İTV"də yayımlanan müsahibəsində deyib.
E.Məmmədyarov 2020-ci ilə qədər nazir kimi maaşınız nə qədər idi" sualına belə cavab verib:
"Sözün düzü, xatırlamıram. Xatırlasam da, deməzdim. Quqlda axtarış verməklə bu barədə məlumat ala bilərsiniz. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım. 13 ilə yaxın ABŞ-də yaşamışam və mənim hər zaman yüksək əməkhaqqım olub. Ümumiyyətlə, deyə bilərəm ki, mənim sıxıntım olmayıb", - deyə sabiq nazir qeyd edib.
E.Məmmədyarov 4 milyon yarım dollarlıq maaşla Nyu-Yorkda necə mənzil alması sualına isə "Siz hesab edirsiniz ki, əməkhaqqımdan qənaət etmişəm? Yalnız maaşla dolanmışam? Qeyri-rəsmi biznesim var. Hər bir normal insan kimi bankda vəsaitlərim və investisiyalarım var" cavabını verib.