"İki oğlum üçün evlər alınmasına Amerika bankları vasitəsilə köçürdüyüm pullar barədə məndə, yalan olmasın, çəkisi 2 kiloqrama yaxın razılaşmalar var. Onlar hər bir senti, hər bir dolları yoxlayırlar. Bu pullar təmiz olmalıdır. Əgər bank bu transaksiyaya icazə verirsə, deməli, orada kölgə kapitalından söz ola bilməz və bu pullar tamamilə "ağ pul"lardır. Amerikanın bank sistemi belə çalışır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov "İTV"də yayımlanan müsahibəsində deyib.
"Bəs bunu necə rəsmiləşdirdiniz" sualına E.Məmmədyarov belə cavab verib:
"Bakı bankı, Azərbaycan bankı bu işlə məşğul oldu. Mənim hesabımda qorunan vəsaitin köçürülməsi ilə bağlı banka müraciət etdim. Hesab mənim adıma idi. Onlar səhv etmirəmsə, "City Bank" və ya "JPMorgan Chase&Co" ilə əlaqə saxladılar. Qarşı tərəflə bir neçə ay yazışmalar oldu. Laızm olarsa, həmin sənədləri müvafiq dövlət qurumlarına təqdim edə bilərəm".
E.Məmmədyarov müsahibəsində bildirib ki, oğullarından biri Amerikada reklam şirkətində çalışır, digər oğlu isə Sinqapurda şəxsi bizneslə məşğuldur.