"Ermənistanda üsyanlar həmişə olub".
"Unikal" xəbər verir ki, bunu rusiyalı analitik və Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.
Tarasov bir neçə gündür İrəvan və digər bölgələrdə keçirilən aksiyalara münasibət bildirib: "Ermənilər çıxır, qışqırır, çadır qururlar, toqquşmalar olur, hər şey bitir. Ermənistanda elə qüvvələr var ki, Rusiya xarici amil kimi onları müdafiə edir...
Rusiya Paşinyanı uzaqlaşdırmaq istəsəydi, bunu çoxdan edərdi. Rusiya buna qarışmır və indiki prosesləri kənardan izləyir, ermənilərə 100 faiz şans verir ki, kiminlə davam edəcək. Ermənilər indi öz taleyini həll edirlər: dövlətçiliyi qoruyub saxlamaq, yoxsa müstəmləkə statusunda qalmaq. Təbii ki, belə bir vəziyyətdə Paşinyana xarici düşmən lazımdır. Rusiya hücum etməyəcək, Türkiyə hücum etməyəcək, Azərbaycan Meğriyə görə döyüşməyəcək, çünki Rusiyanın bölgədə varlığında maraqlıdır və Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - red.) Moskva səfərində və Putinlə görüşündə bunu gizlətməyib. O, əvvəllər səsləndirilən fikirlərdən fərqli olaraq ilk dəfə olaraq bəyan edib ki, Rusiya regionda təhlükəsizliyin təmin edilməsində həlledici amildir. Ermənistan KTMT-nin üzvü olduğu üçün bunu belə hesab etmir, Əliyev isə KTMT-nin üzvü olmasa belə hesab edir, çünki o, daha savadlıdır və regiondakı vəziyyəti həssas şəkildə hiss edir və yaxşı başa düşür ki, hərbi, İran faktorunu nəzərə alaraq Azərbaycanın müstəqilliyini qorumaq üçün regionda Rusiya Federasiyasının iqtisadi və geosiyasi resursları hələ də lazımdır. Bütün bu gərginlik və anti-Rusiya isteriyası olmadan Zəngəzur dəhlizi məsələsini başqa cür, 4 kənd məsələsini də başqa cür həll etmək olar".
Ağarza Elçinoğlu