“Sülh yollarının kəsişməsi” layihəsi nəzərdə tutur ki, Ermənistan və Azərbaycan ölkələrin suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq ərazisindən keçən nəqliyyat və digər kommunikasiyalarını bərpa edərək açsınlar.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bildirib.
"Konsepsiyanın bu elementləri 2023-cü il iyulun 15-də Azərbaycan Prezidenti (İlham Əliyev - red.) ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə razılaşdırılıb və Mişelin ictimai bəyanatında öz əksini tapıb. Görüşün nəticəsi olaraq, əldə olunan razılaşmaların həyata keçirilməsinə doğru irəliləməyə hazırıq", - deyə Baş nazir açıqlayıb.
Ağarza Elçinoğlu