İsmayıllıda itkin düşən oğlanın meyiti göldən tapılıb.

"Unikal"ın məlumatına görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Murad İbrahimli

***

08:36

İsmayıllı rayon sakini itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Əli Elman oğlu Qasımov dünən saat 17 radələrində çimmək üçün kənddən bir neçə kilometr aralıda yerləşən gölə gedib.

Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.