Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

***10:20

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir.