VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı Sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.