Parisin meri Ann İdalqo Olimpiya Oyunlarından əvvəl suyun təmiz olduğunu sübut etmək üçün Sena çayında üzüb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bundan əvvəl Fransanın idman naziri Ameli Audea Castera çayda yarışların keçirilməsinin təhlükəsiz olduğunu göstərmək üçün eyni şeyi etmişdi.

Qeyd edək ki, Fransada çayın ora atılan çirkab sularına görə üzmək üçün təhlükəli olması ilə bağlı narahatlıqlar var.

Fransa prezidenti Emmanuel Makron da Sena çayında üzməyə söz vermişdi.

Seymur Əli