Sumqayıt şəhərində evdən 50 yaşlı kişinin meyit tapılıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Tacəddin Firuddin oğlu Hüseynovun meyiti onun yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.