Kəlbəcərdə mina partlayışı olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, 1969-cu il təvəllüdlü Hüseynov  Xəlifə Həsən oğli Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub. Şəxs xəstəxayana çatdırılıb, vəziyyəti ağırdır.

Murad İbrahimli