Ağdaş rayonunda  avtomobil idarəetmədən çıxaraq qəza törədib,

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***08:41

Ağdaş rayonunda  avtomobil idarəetmədən çıxaraq qəza törədib, ölən və yaralanan var.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Belə ki, minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəzada ağır yaralanan  2003-cü il təvəllüdlü rayon sakini Hüseynov Elton Müşfiq oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

2008-ci il təvəllüdlü  yaralı Vüsal Baxışov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov