Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili yarımfinala yüksəlib.

***14:43

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşıb. 1/8 final mərhələsinə təsadüf edən görüş güləşçimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gələcək.

Bu gün, həmçinin digər sərbəst güləşçi Turan Bayramov (74 kiloqram) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.