İngiltərə mətbuatı Rusiyanın Kursk bölgəsində rus əsgərlərini daşıyan karvanın Ukrayna tərəfindən raketlərlə vurulması nəticəsində 400 əsgərin həyatını itirdiyini iddia edib.

"Unikal" xəbər verir ki, məsələ ilə bağlı Rusiya tərəfdən hələlik rəsmi açıqlama verilməyib.

***16:11

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Zərifə Nağıyeva