Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində köşkdə baş verən yanğın söndürülüb.

Bu barədə "Unikal"a FHN-dən bildirilib.

***

16:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal"  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğnla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.