Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq.

Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək. 

Qeyd edək ki, komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib.