Qusarda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, yaralılar - Quba rayon sakinləri -  1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı, 1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu, 1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı, 2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz, 1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala, 2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu, 1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı, 1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı, 1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı, 2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı, 1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı, 1957-ci il təvəllüdlü, Mirişova Əzimə Həbib qızı, 1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı, Xaçmaz rayon sakinləri - 1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu, 1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızıdır.

Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca

***11:00

Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

*** 08:58

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.