"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov Parisin mərkəzində mənzil kirayə götürməyi planlaşdırır və orada "Telegram" işi üzrə məhkəməni gözləyəcək.

"Unikal" xəbər verir ki,bu barədə "Paris Match" jurnalı məlumat yayıb.

"O, artıq, Parisin "gözəl bölgələrində" ona ev tapmaq üçün tapşırıq verib. Büdcə məsələsi problem olmadığı üçün o, gələn həftənin sonuna kimi köçməyi planlaşdırır", - deyə jurnal yazıb. 

Nəşr, həmçinin, Durovun Parisdə 24 yaşlı Yuliya Vavilova ilə birlikdə gəzərkən çəkilmiş fotosunu dərc edib.

"Ona qarşı irəli sürülən ittihamların ağırlığına baxmayaraq, o, heç bir hüquqi problemlə üzləşmir", - deyə jurnal qeyd edib.