Livanda rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayı 9-a çatıb, 300-dən çox insan yaralanıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Livan Qızıl Xaç Cəmiyyətinin 30-dan çox təcili yardım maşını ərazidə yardım göstərir və radio partlayışlarından zərərçəkənləri təxliyə edir.

Qeyd edək ki, bu gün yenidən Livanın müxtəlif ərazilərində rabitə vasitələri partlayıb. 

*** 19:25

Livanda baş vermiş partlayışda azı 3 nəfər ölüb, 100 nəfər yaralanıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, insanların öyük təşviş içərisində olduğu qeyd edilir. 

***18:45

Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.

"Unikal" xəbər verir ki,  bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Yenidən rabitə qurğularının partladığı deyilir.

Partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.