Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan, Şərqiyyə Məmmədova olması müəyyən edilib.

Bunu "Unikal"a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

O qeyd edib ki, ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.

***

21:41

Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

*** 21: 27

Göygöl rayonunda çaydan qadın meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, meyit Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsindən aşkarlanıb. Meyitin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır. 

Tural Əhmədov