Mümkün təhlükəsizlik təhdidlərinə görə bağlanan ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 21-də normal fəaliyyətini bərpa edəcək.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Biz gördük ki, bu gün səhər bizim vaxtla gecə yarısı səfirlik Kiyevə mümkün ciddi hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib və bunu çox ciddi qəbul etdik. Səfirliyin sabah normal fəaliyyətinə dönəcəyini gözləyirik. Təhlükənin təfərrüatlarını açıqlaya bilmərəm, lakin biz həmişə vəziyyəti diqqətlə izləyirik", - deyə diplomat bildirib.