Cənubi Koreyada yağan güclü qar nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib.

"Unikal" xəbər verir ki, güclü qar hava, dəniz və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Uonju şəhərində buz bağlaması nəticəsində 53 avtomobilin iştirak etdiyi zəncirvari qəzada 11 nəfər yaralanıb.

***09:46

Cənubi Koreyanın paytaxtına 2024-cü il noyabrın 27-də rekord miqdarda qar yağıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Seulda 16,5 santimetr qar yağıb, 1972-ci ildə 12,4 santimetr olan əvvəlki rekordu yeniləyib. Güclü yağış nəqliyyatın hərəkətini dayandırıb, elektrik enerjisi kəsilib və yüzlərlə aviareys ləğv edilib.