Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığında iqtisadi əməkdaşlıq və Ukrayna məsələlərini müzakirə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Macarıstan hökumətinin başçısı Ukrayna böhranının diplomatik yolla həllində maraqlı olduğunu bildirib.

"Ukrayna məsələlərinə dair hərtərəfli fikir mübadiləsi aparılıb. Viktor Orban bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq böhranın siyasi və diplomatik yolla həlli yollarının birgə axtarışını asanlaşdırmaqda maraqlı olduğunu bildirib", - məlumatda deyilir. 

Bundan əlavə, liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Söhbət Orbanın təşəbbüsü ilə baş tutub. 

Ağarza Elçinoğlu