Naməlum şəxslər Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı, Nikol Paşinyanın qaynı Hraçya Akopyanın şəxsi evini qarət ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 

Məlumata görə, hadisə bu ilin əvvəlində baş verib, lakin deputat bunu ciddi şəkildə gizli saxlamağa çalışıb. O, lazımsız spekulyasiyalara yol verməmək üçün yaxınlarına bunu açıqlamaq istəməyib. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanvarın 14-də onlara Dzoraqbyurdakı fərdi evlərdən birində quldurluq faktının qeydə alınması barədə xəbərdarlıq daxil olub. Əldə edilən materiallar İstintaq Komitəsinə göndərilib.

Ağarza Elçinoğlu