Son iki gündə yağan leysan yağışları Malayziyanı su daşqınlarına sürükləyib və bəzi əraziləri iflic vəziyyətinə salıb.

"Unikal" "The Sun"a istinadən bildirir ki, təbii fəlakət ən çox Saravak əyalətinə dəyib. Artıq oradan 5385 nəfər təxliyə edilib. İnsanlar müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilir.  Ölənlər barədə hələ ki, məlumat yoxdur.