Qərbi Ontario Universitetinin (Kanada) alimləri müəyyən ediblər ki, portağal və naringilərdə olan nobiletin maddəsi siçanlarda çəki artımını ləngidə, şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər.
"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Lipid Research" (JLR) jurnalında dərc olunub.
Təcrübə zamanı gəmiricilər iki qrupa bölünüb və onlara yüksək kalorili pəhriz verilib. Bir qrup siçanlara pəhriz müdaxiləsi zamanı əsasən sitrus meyvələrinin qabıqlarında olan təbii flavonoid olan nobiletin də verilib.
Alimlərin fikrincə, nəticələr təsirli olub - eyni pəhrizə baxmayaraq, nobiletin qəbul edən gəmiricilər kökəlməyiblər.
Maddə artıq piylənmədən əziyyət çəkən heyvanlara verildikdə onların vəziyyəti də yaxşılaşıb. Xüsusilə, bu, onlarda infarkt və insult riskini azaldıb.
Alimlər hesab edirdilər ki, nobiletin piylərin parçalanmasına cavabdeh olan AMP kinaz fermentini aktivləşdirir. Elm adamları bunun insanlara təsirini öyrənməyi planlaşdırırlar.