Ukrayna prezidenti Volodimir Zelenski Ankaraya gedib.
"Unikal" xəbər verir ki, Zelenski burada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı münaqişə ilə bağlı danışıqlar aparacaq.
Zelenski və onu müşayiət edən nümayəndə heyətinin olduğu təyyarə saat 21:08-də Ankara Esenboğa hava limanına endi... Zelenskini hava limanında rəsmilər qarşılayıb. Sabah Zelenski Ərdoğanla görüşməyi planlaşdırır.
*** 18:09
Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının kommunikasiya direktoru Fahrettin Altun "X"də məlumat verib.
“Səfər zamanı Ukraynada baş verən son hadisələr, digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə Altun bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə ikitərəfli tərəfdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.