"Rusiya Ukrayna üzrə danışıqların birinci raundunda qalib gəlib".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı konqresmen Jake Auchincloss deyib. 
 
Onun sözlərinə görə, Moskva ikitərəfli diplomatiya normasını müəyyən edib, Ukrayna və NATO-nu danışıqlar prosesindən kənarlaşdırıb.

"Onlar buna nail olmaq üçün heç nəyi qurban vermədilər" , - deyə Auchincloss vurğulayıb. 

Konqresmen həmçinin qeyd edib ki, Kreml “məqsədlərinə çatmaq üçün bütün mümkün vasitələrdən” istifadə etməkdən çəkinmir.