Zaqatalada evdən 59 yaşlı kişinin meyiti aşkar olunub.

"Unikal" xəbər verir ki, Zaqatala rayon Muxax kənd sakini 1966-cı il təvəllüdlü Xəlil Qasım oğlu Qasımovun üzərində zorakılıq əlamətləri olmayan meyiti kirayədə yaşadığı Zaqatala şəhəri İ.Şamil küçəsi ev 59-da tapılıb. X.Qasımovun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Seymur Əli