Gəncədə qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı 3 nəfər - 1990-cı il təvəllüdlü X.İsmayılov, 1992-ci il təvəllüdlü E.Ələsgərov və 1995-ci il təvəllüdlü A.Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov