Kəlbəcərdə yük maşını ilə minik maşını toqquşub, ölən var

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hova" markalı yük  maşını ilə  "KİA" markalı minik maşını toqquşub. Dərhal hadisə yerinə FHN Kəlbəcər Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəza zamanı "KİA" sürücüsü Azad Zeynalov hadisə yerində ölüb. Sürücünün meyiti FHN əməkdaşları tərəfindən avtmobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırılır.

Tural Əhmədov