Lerik rayonunda baş verən qəzada yaralıların kimliyi məlum olub. 

"Unikal"ın məlumatına görə, qəza nəticəsində Lənkəran rayonunun Velədi kənd sakini, 1958-ci il təvəllüdlü Elman Mustafa oğlu Qasımov və 1966-cı il təvəllüdlü Zakirə Zəki qızı Bəşirova xəsarət alıblar. 

Qeyd edək ki, qəzada bir nəfər sərnişin ölüb.

*** 11:48

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb. 

Araşdırma aparılır.

**** 11:12

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. 

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Xəlil Əliyev