Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndələrini gözləyəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib.
O qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi Rusiya prezidenti Vladimir Putindən müvafiq göstəriş aldıqdan sonra açıqlanacaq. İndiyədək belə xəbərlər olmayıb.
Kreml sözçüsü vurğulayıb ki, Rusiya liderinin mayın 11-də verdiyi bəyanatda söylədiyi hər şey aktual olaraq qalır.
"Yalnız bir daha təsdiq edə bilərəm ki, prezidentin mayın 11-də verdiyi bəyanatda söylədiyi hər şey aktual olaraq qalır. Həqiqətən, Rusiya nümayəndə heyəti mayın 15-də, cümə axşamı, yəni sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək ", - Peskov vurğulayıb.
Qeyd edək ki, ötən gün "Washington Post (WP)" nəşrinin məlumatına görə, İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil edəcək.
Gülayə Mecid