İsveçrənin Bazel şəhərində "Avroviziya - 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilir.

"Unikal" xəbər verir ki, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan şənbə günü baş tutacaq final mərhələsinə adlayıblar. 

*** 23:22

İsveçrənin Bazel şəhərində "Avroviziya - 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilir.

"Unikal" xəbər verir ki, ikinci yarımfinalda Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Danimarka, Çexiya, Lüksemburq, İsrail, Serbiya, Finlandiya mübarizə aparacaqlar.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. İlk yarımfınalı Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.