24.05.2025-ci il tarixində saat 20:50 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"ın sorğusuna TƏBİB-dən bildirilib.
Bədənin müxtəlif nahiyələrinin çapılmış yarası diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə istabil olaraq qiymətləndirilir.
***21:02
Tovuzda zənciravi qəza olub, xəsarər alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106 " ilə "KİA" markalı minik maşını toqquşub. Qəzadan sonra "VAZ 2106 "markalı minik maşını yol kənarında dayanan "VAZ 2101"ə, daha sonra isə avtomobil təmir sexinə çırpılıb.
Nəticədə 1991-ci il təvəllüdlü Tovuz rayon Abulbəyli kənd sakini Elvin Quliyev, rayonun Bozalqanlı kənd sakini Sərxan Tağıyev (1999), Bozalqanlı kənd sakini, 1999-cu il təvəllüdlü Nəsimi Qüdrətov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Tural Əhmədov