Gəncədə 19 yaşlı oğlanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Kürdəmir rayon sakini, 2006-cı il təvəllüldü M.İsmayılovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov