İngiltərə Premyer Liqasında (APL) eyniadlı futbol klubunun qələbəsini qeyd etmək üçün Liverpulun mərkəzinə toplaşan izdihamın üzərinə maşın sürülüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Azı 17 nəfərin yaralandığı bildirilir.

Avtomobil sürücüsü saxlanılıb. Fövqəladə xidmətlər hazırda hadisə yerindədir.