Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ukrayna münaqişəsi ətrafında baş verənləri müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Fidan və Putin həmçinin münaqişənin sona çatması üçün səyləri, Türkiyə və Rusiyanın iqtisadi və enerji sektorlarında məsələləri müzakirə ediblər.
*** 20:39
Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.