Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu şəhid Pərvin İsgəndərovun qardaşıdır.
Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Anar Kəlbiyev