Ağdaşda 17 yaşlı gənc kanalda batıb.
"Unikal"ın məlumatlna görə, hadisə Yuxarı Şirvan kanalının rayonun Qoşaqovaq kəndi istiqamərindən keçən hissəsində baş verib.
2008-ci il təvəllüdlü Süleymanov Nəsib Vidadi oğlu çimdiyi zaman batıb. Batan şəxsin axtarışlarına FHN-nin Aran Dalğıc Axtarış Qrupu cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov